Abbas Əraqçı:
Dünya
222
17:07, Bu gün

Abbas Əraqçı: "Biz barışıq istəmirik" - VİDEO

"Tehran mövcud münaqişədə barışığa hazır deyil, lakin müharibənin gələcəkdə bir daha təkrarlanmayacağı şəkildə bitməli olduğu qənaətindədir".

"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

Nazirin sözlərinə görə, İran mövcud vəziyyətdə "qürurlu müqavimət" nümayiş etdirir və bu xətti tərəddüdsüz davam etdirmək niyyətindədir.

Abbas Əraqçı qeyd edib ki, Tehran münaqişə ilə bağlı heç bir tərəfə hər hansı mesaj göndərməyib və barışıq əldə edilməsinə cəhd göstərmir. O əlavə edib ki, bu mövqeyi, həmçinin ABŞ telekanallarından birinə verdiyi müsahibədə də səsləndirib.

Xarici işlər nazirinin sözlərinə görə, əsas məqsəd ondan ibarətdir ki, mövcud qarşıdurma elə şəkildə bitsin ki, gələcəkdə bir daha oxşar müharibə təkrarlanmasın.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər