İraqın cənubundakı əsas neft yataqlarında hasilat dayandırılıb
Dünya
187
16:55, Bu gün

İraqın cənubundakı əsas neft yataqlarında hasilat dayandırılıb

İraqın cənub regionunda, xüsusən də Bəsrə vilayətinin Qərbi Qurna və Məcnun ərazilərində yerləşən iri neft yataqlarında hasilat müvəqqəti dayandırılıb.

Moderator.az TASS-a istinadla xəbər verir ki, bu faktı ölkənin neft naziri Hayyan Əbdül Qani təsdiqləyib.

Nazirin açıqlamasına görə məhdudiyyət "Qərbi Qurna-1", "Qərbi Qurna-2", "Feyha" və "Məcnun"la yanaşı, dövlətin cənub-şərq hissəsindəki Meysan vilayətində yerləşən digər bir neçə yatağa da təsir göstərib.

"İstehsal aşağı həcmdə, elektrik stansiyalarının ehtiyaclarını qarşılamaq məqsədilə ölkənin mərkəzi bölgələrindəki yataqlarda həyata keçirilir", - deyə nazir qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər