Almaniya XİN rəhbəri Rusiyaya qarşı sanksiyaları yumşaltmağın əleyhinədir
Dünya
189
16:00, Bu gün

Almaniya XİN rəhbəri Rusiyaya qarşı sanksiyaları yumşaltmağın əleyhinədir

Neft və qazın qiymətlərinin qalxması Rusiyanın müharibə ehtiyatını doldurur.

Moderator.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Avropa İttifaqı Xarici İşlər Şurasının iclasından əvvəl bildirib.

“Buna görə də Almaniya və Avropa İttifaqı Rusiyaya qarşı enerji sanksiyalarını qətiyyətlə dəstəkləyir və biz əlavə tədbirlərlə Rusiyanın gəlirlərini daha da azaltmaq istəyirik. İndi sanksiyaları yumşaltmaq tamamilə yanlış yoldur”, — Vadeful vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər