İlbər Ortaylının dəfn ediləcəyi məzarlıqla bağlı tarixi faktlar
Dünya
461
13:30, Bu gün

İlbər Ortaylının dəfn ediləcəyi məzarlıqla bağlı tarixi faktlar

Məşhur türk tarixçi, akademik və yazar Professor Dr. İlbər Ortaylı bu gün İstanbulda son mənzilə yola salınır.

Moderator.az xəbər verir ki, 78 yaşında vəfat edən professorla İstanbulun Galatasaray Universiteti kampusunda bu gün vida mərasimi keçirilib. Mərasimə ailə üzvləri, tələbələri, akademiklər və İlbər Ortaylını sevən çox sayda insan qatılıb.

Vida mərasimindən sonra Ortaylının cənazəsi Fatih Məscidinə aparılıb və orada ikindi namazından sonra dəfn olunacaq.

Mərhum tarixçi Fatih Məscidinin məzarlığında dəfn olunacaq. Fatih Məscidi İstanbulda Fatih Sultan Məhməd tərəfindən 1463–1470 illəri arasında inşa etdirilmiş ən önəmli məscidlərdən biridir. Məscid həm dini, həm də tarixi əhəmiyyətə malikdir. Fatih Məscidi Osmanlı dövründən bu yana bir çox önəmli şəxsin dəfn olunduğu məkan olub. Burada Osmanlı sultanları, yüksək rütbəli dövlət xadimləri, alimlər, tarixçilər və sənətkarlar dəfn edilib.

  • Fatih Sultan Məhməd

  • Fatih Sultan Məhmədin həyat yoldaşı Gülbahar Xatun

  • Gazi Osman Paşa

  • Tarixçilərin qütb ulduzu Halil İnalcık

  • Kadir Topbaş

  • Kitabxanalar naziri Ali Emiri Efendi

  • Məşhur tarixçi Prof. Dr. Semavi Eyice

  • Türkiyənin dünya səviyyəli tarixçisi Kemal Karpat

  • Osmanlı iqtisadiyyatı və maliyyə tarixi üzrə alim Mehmet Genç
    və başqaları.

1485412

Prof. Dr. İlbər Ortaylı, sağlığında “İstanbul’un yaşayan hafızası” dediyi Semavi Eyicenin yanına dəfn olunacaq. 

Ailəsi tərəfindən yayımlanan açıqlamada, mərhum üçün çiçək göndərilməməsi xahiş olunub. Əvəzində Türk Təhsil Fonduna (Türk Eğitim Vakfı) ianə etmək məsləhət görülüb.  

Zəhra

Link kopyalandı!
Son xəbərlər