Bəhreyn və Küveytin hava məkanı daha 12 saat bağlı olacaq
Dünya
148
09:20, Bu gün

Bəhreyn və Küveytin hava məkanı daha 12 saat bağlı olacaq

Bəhreyn və Küveyt fevralın 28-dən bəri qüvvədə olan hava məkanlarında uçuş qadağasını bir daha uzadıb.
 
Moderator.az xəbər verir ki, bu barədə TASS Yaxın Şərq hava hərəkətinin idarə olunması xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
 
"Bəhreyn və Küveyt bağlanmanı daha 12 saat - UTC saat 16:00-a (Bakı vaxtı ilə saat 20:00 - red.) qədər uzadıblar", - deyə agentlikdən bildirilib. Bununla belə, mənbə Bəhreynin xüsusi icazələrlə Manama hava limanından qonşu Səudiyyə Ərəbistanına ən qısa uçuş dəhlizi boyunca bəzi uçuşlara icazə verdiyini vurğulayıb.
 
Link kopyalandı!
Son xəbərlər