Yeni dəfn texnologiyası: mərhumun bədəni suda həll ediləcək
Dünya
266
08:20, Bu gün

Yeni dəfn texnologiyası: mərhumun bədəni suda həll ediləcək

Şotlandiyada “su kremasiyası” kimi tanınan yeni dəfn üsuluna rəsmi icazə verilib və ilk belə mərasimlərin bu ilin yayından etibarən keçirilməsi planlaşdırılır.
 
Moderator.az xəbər verir ki, bu üsul ənənəvi odla kremasiya və torpağa dəfnlə müqayisədə daha ekoloji hesab olunur. Proses zamanı mərhumun cəsədi su və xüsusi kimyəvi maddələr olan qapalı qaba yerləşdirilir. Nəticədə yumşaq toxumalar parçalanır.
 
Proses başa çatdıqdan sonra ailəyə amin turşuları, duzlar və şəkərlərdən ibarət məhlul qalır. Sümük qalıqları isə xırdalanaraq kül formasında yaxınlarına təqdim edilir.
 
Bildirilir ki, bu təşəbbüs ictimai müzakirələr zamanı geniş dəstək qazanıb. Belə ki, məsləhətləşmələrdə iştirak edənlərin 84 faizi yeniliyi dəstəkləyib.
 
Şotlandiyanın səhiyyə naziri Cenni Mintonun sözlərinə görə, “su kremasiyası” prosesi digər mövcud dəfn üsulları ilə eyni hüquqi təminat və normativ tələblərə uyğun həyata keçiriləcək. /Musavat.com/
 
Link kopyalandı!
Son xəbərlər