Qazaxıstanda yeni Konstitusiya referendumu: vətəndaşların 86,7%-i dəstək verib
Dünya
269
15 Mar 2026 | 23:40

Qazaxıstanda yeni Konstitusiya referendumu: vətəndaşların 86,7%-i dəstək verib

Qazaxıstanda yeni Konstitusiyanın qəbulu ilə bağlı keçirilən referendumda iştirak edən vətəndaşların 86,7%-i əsas qanunun yeni variantını dəstəkləyib.

Moderator.az xəbər verir ki, bu barədə Avrasiya İnteqrasiyası İnstitutunun martın 15-də keçirdiyi ekzitpolun nəticələrində bildirilib.

“Xabar” telekanalının efirində açıqlanan nəticələrə görə, sorğuda iştirak edənlərin 86,7%-i Qazaxıstanın yeni Konstitusiyasını dəstəklədiyini bildirib.

“Socis-A” institutunun keçirdiyi digər ekzitpolun nəticələrinə əsasən isə respondentlərin 87,4%-i yeni Konstitusiyanın qəbulunun lehinə səs verdiyini qeyd edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər