Bizi sosial şəbəkələrdən izləyin:
İranda ABŞ və İsrailin zərbələrinin nəticələrini foto və video qeyd edən 18 nəfər saxlanılıb, əlavə olaraq 21 nəfər məhkəmə tədbirlərinə cəlb olunub.
Moderator.az xəbər verir ki, bu barədə İslam Respublikası Kəşfiyyat Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, saxlanılanlar terror şəbəkəsinin və "International media center"in əməkdaşları olub və onlar sionist-ABŞ düşməni tərəfindən həyata keçirilən bombardman yerlərinin görüntülərini qarşı tərəfə ötürüb.
İranın dövlət televiziya və radio şirkətinə istinadən bildirilib ki, əlavə 21 nəfər də müvafiq məhkəmə tədbirlərinə cəlb olunub.