Laricani: “Epşteyn şəbəkəsi 11 sentyabr tipli hadisə hazırlayıb İranı günahlandırmaq istəyir”
Dünya
179
19:10, Bu gün

Laricani: “Epşteyn şəbəkəsi 11 sentyabr tipli hadisə hazırlayıb İranı günahlandırmaq istəyir”

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani sensasion iddia ilə çıxış edib.
 
Moderator.az xəbər verir ki, Laricani sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, onun əldə etdiyi məlumatlara görə, Ceffri Epşteyn şəbəkəsinin qalan üzvləri yeni təxribat planı hazırlayırlar.
 
Onun sözlərinə görə, həmin şəxslər 11 sentyabr terror hadisələrinə bənzər böyük bir insident yaratmağı və bu hadisəyə görə İranı günahlandırmağı planlaşdırırlar.
 
Laricani vurğulayıb ki, İran belə terror ssenarilərinə qəti şəkildə qarşıdır və ölkənin Amerika xalqı ilə müharibəsi yoxdur.
 
“Eşitdiyimə görə, Epşteyn şəbəkəsinin qalan üzvləri 11 sentyabr hadisəsinə bənzər bir insident yaratmaq və İranı günahlandırmaq üçün sui-qəsd hazırlayıblar. İran bu cür terror planlarına qəti şəkildə qarşı çıxır və Amerika xalqı ilə müharibə aparmır”, - deyə o qeyd edib.
 
Hazırda bu iddialarla bağlı müstəqil mənbələr tərəfindən hər hansı təsdiqləyici məlumat verilməyib.
 
Link kopyalandı!
Son xəbərlər