Bəhreyndə SEPAH-la əməkdaşlıqda şübhəli bilinən şəxslər saxlanılıb
Dünya
134
17:43, Bu gün

Bəhreyndə SEPAH-la əməkdaşlıqda şübhəli bilinən şəxslər saxlanılıb

Bəhreyn təhlükəsizlik qüvvələri İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məlumat toplayaraq ötürməkdə şübhəli bilinən beş nəfəri saxlayıb.
 
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Bildirilir ki, həmçinin İrandakı terror elementləri vasitəsilə SEPAH-a gizli məlumat toplamaq və ötürmək, habelə Bəhreyn rəsmilərinə qarşı sui-qəsdlər həyata keçirmək üçün terrorçuları cəlb etməkdə iştirak edən qrupdan altıncı şəxsin şəxsiyyəti müəyyən edilib.
 
Link kopyalandı!
Son xəbərlər