İran raketi ABŞ konsulunun evinə düşdü
Dünya
367
17:31, Bu gün

İran raketi ABŞ konsulunun evinə düşdü

İranın İsrail ərazisinə raket hücumları nəticəsində Bney-Brak və Ramat-Qan şəhərlərində bir neçə binaya birbaşa zərbə dəyib.
 
Moderator.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
 
Fövqəladə xidmətlər Quş-Dan bölgəsinin müxtəlif yerlərində raket və hava hücumundan müdafiə sistemlərinin qalıqlarının düşdüyü ərazilərdə çalışır.
 
İsrailin dövlət telekanalı "Kan" xəbər verir ki, İran tərəfindən buraxılan raketin parçaları ABŞ konsulunun yaşadığı binaya düşüb.
 
Qeyd edək ki, bazar günü Təl-Əviv və İsrailin mərkəzi bölgələri İran tərəfindən bir neçə dəfə raket hücumlarına məruz qalıb. Həmin hücumlardan birində ABŞ diplomatı üçün nəzərdə tutulmuş iqamətgaha zərər dəyib.
 
Link kopyalandı!
Son xəbərlər