Bizi sosial şəbəkələrdən izləyin:
Qazaxıstanda keçirilən konstitusiya referendumunda seçici fəallığı 70,98% təşkil edib.
Moderator.az xəbər verir ki, bu barədə Mərkəzi Referendum Komissiyasının katibi Şavkat Ötəmisov məlumat verib.
Onun sözlərinə görə, ölkə üzrə ümumilikdə 8 845 280 vətəndaş səsvermə hüququndan istifadə edib.
16:23
Qazaxıstanda keçirilən konstitusiya referendumunda seçici fəallığı 64,43% təşkil edib.
Moderator.az xəbər verir ki, bu barədə Mərkəzi Referendum Komissiyası məlumat yayıb.
Komissiya üzvü Asel Janabilovanın təqdim etdiyi son rəqəmlərə görə, saat 16:00-a olan vəziyyətə əsasən, artıq 8 029 286 qazaxıstanlı seçki bülletenlərini alaraq səsvermədə iştirak edib.
Məlumata görə, respublika üzrə ən yüksək seçici aktivliyi Türküstan və Aktobe vilayətlərində, eləcə də Şımkent şəhərində qeydə alınıb.
Ölkə daxili ilə yanaşı, xaricdə yaşayan Qazaxıstan vətəndaşları üçün də şərait yaradılıb. Artıq Vaşinqton, Nyu-York və Ottava şəhərlərindəki səsvermə məntəqələri fəaliyyətə başlayıb.
Qeyd edək ki, Qazaxıstan ərazisində seçki məntəqələri yerli vaxtla 20:00-dək açıq olacaq.