Tokayev Qazaxıstanda növbəti prezident seçkilərinin vaxtını AÇIQLADI
Dünya
235
15:59, Bu gün

Tokayev Qazaxıstanda növbəti prezident seçkilərinin vaxtını AÇIQLADI

Qazaxıstanda növbəti prezident seçkiləri mövcud Konstitusiyaya uyğun olaraq 2029-cu ildə keçiriləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev referendumda səs verdikdən sonra keçirilən brifinqdə məlumat verib.
 
Dövlət başçısı konstitusiya islahatlarının hakimiyyət transferinə hazırlıq olması barədə ekspert rəylərinə və vitse-prezident vəzifəsinin təsis edilməsinə münasibət bildirib.
 
Tokayev qeyd edib ki, bu vəzifə ilə bağlı müxtəlif müzakirələr aparılsa da, cəmiyyətin narahatlığına heç bir əsas yoxdur:
 
"Mən vitse-prezident vəzifəsi ətrafında müxtəlif müzakirələrin olduğundan xəbərdaram. Bəzi ekspertlər bunun hökumət daxilində rəqabəti artıra biləcəyini düşünürlər. Lakin bunun cəmiyyətə mənfi təsir göstərəcəyindən narahat olmağa heç bir səbəb yoxdur".
 
Prezidentin fikrincə, vitse-prezident postunun tətbiqi dövlət hakimiyyəti institutlarının möhkəmlənməsinə xidmət edəcək. O, ümumilikdə bütün islahatlara, eləcə də bu yeni vəzifəyə böyük ümidlər bəslədiyini vurğulayıb.
 
 
Link kopyalandı!
Son xəbərlər