Bizi sosial şəbəkələrdən izləyin:
Tehranın yaxınlığındakı neft anbarlarına endirilən aviazərbələr zəhərli maddələrin havaya yayılmasına səbəb olub.
Moderator.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, bu maddələr onilliklər ərzində milyonlarla insanın sağlamlığına zərər verə bilər.
Məlumata görə, yanan yanacaq və partlayan raketlər havaya ağır metallar və müxtəlif kimyəvi maddələr buraxıb. Bu maddələr yağışla qarışaraq şəhər üzərində “qara yağış”ın yağmasına səbəb olub.
Ekspertlər xəbərdarlıq edirlər ki, yaranan çirklənmə ağciyərlərə və digər orqanlara zərər verə bilər. Onların sözlərinə görə, bu çirklənmənin aradan qaldırılması olduqca çətin və baha başa gələcək.