İran KİV: İsrailin polis qərargahı və peyk mərkəzi vurulub
Dünya
273
14:11, Bu gün

İran KİV: İsrailin polis qərargahı və peyk mərkəzi vurulub

İran ordusu bu gün səhər saatlarında İsrail ərazisindəki strateji obyektlərə "güclü dron hücumları" təşkil etdiyini bəyan edib.

Moderator.az xəbər verir ki, bu barədə İran KİV-lər məlumat yayıb. 

Bildirilib ki, İran silahlı qüvvələri İsrailin "Lahav 433" adlı xüsusi polis bölməsinin baş qərargahını və "Gilat" müdafiə peyk rabitəsi mərkəzini hədəfə alıb.

İran tərəfi hədəf alınan obyektlərin konkret yerləşmə koordinatları və həyata keçirilən dron zərbələrinin nəticələri barədə hər hansı təfərrüat təqdim etməyib.

Qeyd edək ki, "Lahav 433" bölməsi İsrailin kəşfiyyat və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində ən mühüm bölmələrindən biri hesab olunur. İsrail tərəfi hələlik bu iddialarla bağlı rəsmi açıqlama verməyib.

Link kopyalandı!
Son xəbərlər