Zelenski: Rusiya bu həftə Ukraynaya 1700-dən çox dron və 80-dən çox raket atıb
Dünya
206
13:15, Bu gün

Zelenski: Rusiya bu həftə Ukraynaya 1700-dən çox dron və 80-dən çox raket atıb

Rusiya ordusu təkcə son bir həftə ərzində Ukrayna ərazisinə 1770 zərbə PUA-sı, 1530-dan çox idarə olunan aviabomba və 86 raketlə hücum edib.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat paylaşıb.

Dövlət başçısı qeyd edib ki, düşmən tərəfindən atılan raketlərin 20-dən çoxu ballistik xarakterli olub. Zelenski vurğulayıb ki, bu raketlərin hər birinin tərkibində Rusiyaya sanksiyalardan yan keçməklə gətirilən azı 60 xarici komponent mövcuddur.

Ukrayna liderinin sözlərinə görə, bu təchizat zəncirləri hər kəsə məlumdur və onların tamamilə ləğv edilməsi zəruridir:

"Əgər dünyanın həm Avropada, həm də Yaxın Şərqdə səmanı ballistik raketlərdən qorumaq üçün eyni vaxtda kifayət qədər hava hücumundan müdafiə (HHM) vasitəsi yoxdursa, biz Rusiyanın öz zavodlarında raket yığmaq imkanlarını əlindən almalıyıq".

Prezident Zelenski sonda həyatın qorunması naminə sanksiya təzyiqlərini davam etdirən bütün beynəlxalq tərəfdaşlara təşəkkürünü bildirib.

Link kopyalandı!
Son xəbərlər