Dünya
324
13:03, Bu gün

"Trampın diqqəti İrana yönəlib: Ukrayna üzrə danışıqlar iflasa uğrayıb" - "Financial Times"

"Yaxın Şərqdəki gərginlik fonunda Ukrayna üzrə diplomatik proses qeyri-müəyyən mərhələyə daxil olur..."

ABŞ-ın vasitəçiliyi ilə Ukrayna müharibəsini dayandırmaq üçün aparılan danışıqlar faktiki olaraq iflasa uğrayıb.

Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.

Vaşinqtonun diqqəti Ukraynadan uzaqlaşır

Səbəblərdən biri kimi ABŞ prezidenti Donald Tramp administrasiyasının diqqətini Yaxın Şərqdəki gərginliyə yönəltməsi göstərilir. Avropa İttifaqından olan bir neçə diplomat bildirib ki, Vaşinqtonun prioritetlərinin dəyişməsi danışıqlar prosesini təhlükəli mərhələyə gətirib çıxarıb.

Onların sözlərinə görə, Yaxın Şərqdəki qarşıdurma ABŞ-ın siyasi və diplomatik diqqətini Ukraynadan kənara çəkib və bu, həm Brüssel, həm də Kiyev üçün ciddi problem yaradır. Bundan əlavə, Avropa ölkələrinə bildirilib ki, ABŞ-dan silah tədarükü, xüsusilə də HHM sistemlərinin göndərilməsi gecikə bilər. Səbəb isə eyni silah ehtiyatlarına Yaxın Şərqdə də yüksək tələbatın yaranmasıdır.

Trampın sərt açıqlamaları və Kiyevlə gərgin ritorika

Bu fonda Donald Tramp Ukraynanın Yaxın Şərqdə İran dronlarına qarşı mübarizə mövzusunda köməyinə ehtiyac olmadığını bildirib. O, müsahibəsində "Bizə kömək lazım olan sonuncu insan Zelenskidir" deyə açıqlama verib.

ABŞ lideri eyni zamanda bəzi sanksiyaların yumşaldılması ilə bağlı qərarı da neft bazarındakı vəziyyətlə izah edib və qlobal bazarda neft təklifinin azalmasını istəmədiyini qeyd edib. 

Onun sözlərinə görə, böhran başa çatdıqdan sonra sanksiyalar yenidən tətbiq oluna bilər. Tramp həmçinin iddia edib ki, Rusiya müharibənin dayandırılması ilə bağlı danışıqlara hazırdır və əsas maneə kimi Ukrayna prezidenti Vladimir Zelenski göstərilib.

Kiyev və Moskva arasında yeni ittihamlar

Eyni zamanda Vladimir Zelenski başqa bir açıqlamasında Rusiyanı İranla hərbi əməkdaşlıqda ittiham edib. Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı Moskvanın Tehrana pilotsuz aparatlarla bağlı texnologiya və məlumat ötürdüyünü təsdiqləyən məlumatlar əldə edib.

Zelenski iddia edir ki, Rusiya istehsalı və ya rus texnologiyası ilə hazırlanmış "Shahed" tipli dronlar Yaxın Şərqdə ABŞ hərbi bazalarına qarşı hücumlarda istifadə olunub. Beləliklə, Ukrayna müharibəsi ilə Yaxın Şərqdəki qarşıdurma getdikcə daha çox bir-biri ilə əlaqələndirilir və bu, həm diplomatik proseslərə, həm də beynəlxalq siyasətdə qüvvələr balansına təsir göstərir.

Link kopyalandı!
Son xəbərlər