Şok: İran Ukraynanı Xəzərdən vuracaq
Dünya
1489
11:16, Bu gün

Şok: İran Ukraynanı Xəzərdən vuracaq

İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əzizinin İsrailə dəstəyi səbəbindən Ukrayna ərazisini zərbələr üçün qanuni hədəf kimi göstərməsi ciddi müzakirələrə səbəb olub.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü “RBC-Ukraina”ya verdiyi müsahibədə İranın Ukraynaya qarşı təhdidləri absurddur. Onun sözlərinə görə, İran hakimiyyəti illərdir ki, təcavüzkar Rusiyanı Ukraynaya qarşı dronlar və texnologiyalar təmin edir. Diplomat bildirib ki, İran rejiminin Ukraynanı təhdid etməsi və hətta BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququndan istifadəyə istinadı absurddur.


Picture background

Bəs, İran Ukrayna ərazini vurmaq üçün raketləri varmı, bunu necə və haradan ata bilər?

Musavat.com xəbər verir ki, hərbi ekspertlər bu təhdidi ciddi hesab edirlər. Belə ki. İranın kaset başlıqlı “Xorrəmşəhr-4” raketləri var. Həmin raketlər 2 ton döyüş başlığı daşıya bilirlər. Hesablamalara görə, onların hədəfi vurma məsafələri 6 min, hətta 10 min kilometrə çata bilər. İranın digər ağır raketlər də var. “Qədr” (təxminən 1600-1950 km uça bilir) və “Xorrəmşəhr” raketlər artıq İran tərəfindən İsrailə qarşı istifadə olunur.

“Şahid-136” və “Arash-2” kimi uzun mənzilli dronlar da var ki, onlar da nəzəri olaraq Ukrayna sərhədinə çata bilər, lakin onlar öz imkanlarının həddində uçmalı olacaqlar.

Picture background

Ekspertlər qeyd edirlər ki, əsas problem raketlərin atılması üşün seçiləcək marşrutdur. Əgər raket və ya dron üçüncü ölkənin ərazisindən uçarsa, o, nəinki vurula bilər, həm də ciddi diplomatik münaqişəyə səbəb ola bilər. İranın hazırda Türkiyə ilə münasibətləri çətinləşdirmək istəməsi ehtimalı azdır. Bu baxımdan ən optimal marşrut Xəzər dənizi sahillərindən atılmasıdır. Bu, raketin Rusiya ərazisinini keçərək Ukrayna sərhədinə doğru uçuşdur.

İran və Yaxın Şərq üzrə mütəxəssis Fərhad İbrahimov neüsru.com-a açıqlamasında deyib ki, əgər Kiyev rejimi, xüsusən də müharibə şəraitində olan bir ölkədə iranlıların zarafat etdiyini düşünürsə, çox yanılırlar. O da qeyd olunur kiı Kiyev həqiqətən başqa bir müharibəyə qarışmağa çalışarsa, nəticələr çox ağır ola bilər.

 

(musavat)

Link kopyalandı!
Son xəbərlər