Rusiyada qalmaqal: Uşaq futbolu üçün yığılan pul kazinoya getdi
Dünya
207
09:11, Bu gün

Rusiyada qalmaqal: Uşaq futbolu üçün yığılan pul kazinoya getdi

Rusiyanın Kursk şəhərində "Fakel" uşaq futbol komandasının məşqçisi Yevgeni Qavrişev turnir üçün toplanan pulu kazinoda uduzub.

Moderator.az "RIA Novosti"yə istinadən xəbər verir ki, məşqçi valideynlərdən 33 yeniyetmə futbolçunun Kislovodsk şəhərinə səfəri üçün 843 min rubl toplayıb.

Lakin sonradan o, təlim-məşq toplanışını ləğv edib və pulu valideynlərə geri qaytarmayıb.

İstintaqın məlumatına görə, məşqçi vəsaitin böyük hissəsini onlayn kazinoda uduzub.

Y.Qavrişev əməlini etiraf edib. Ona qarşı vəsaitin mənimsənilməsi maddəsi ilə cinayət işi açılıb. Bu maddə üzrə 6 ilə qədər həbs cəzası nəzərdə tutulur.

 

(oxu.az)

Link kopyalandı!
Son xəbərlər