İrandan İsrailə raket hücumu nəticəsində iki nəfər yaralanıb
Dünya
144
08:42, Bu gün

İrandan İsrailə raket hücumu nəticəsində iki nəfər yaralanıb

İrandan İsrail ərazisinə həyata keçirilən raket hücumu nəticəsində iki nəfərin yüngül xəsarət aldığı bildirilir.

Moderator.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Məlumata görə, Holon şəhərində 80 yaşlı kişi partlayış nəticəsində qırılan şüşə qəlpələri səbəbindən xəsarət alıb. Eyni yaşda olan qadın isə tüstüdən zəhərlənib.

Bildirilir ki, bir neçə nəfərə də şok vəziyyəti ilə əlaqədar tibbi yardım göstərilir.

Link kopyalandı!
Son xəbərlər