Husilər Qırmızı dənizdən gəmilərin keçidi üçün rüşvət alırlar
Dünya
215
14 Mar 2026 | 23:11

Husilər Qırmızı dənizdən gəmilərin keçidi üçün rüşvət alırlar

Yəməndə fəaliyyət göstərən husilər Qırmızı dənizdən təhlükəsiz keçid üçün gəmilərdən rüşvət almağa başlayıblar.

Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Qəzet bu ödənişləri bir növ "keçid haqqı" ilə müqayisə edir və bildirir ki, belə ödənişlər husilərə milyonlarla dollar gəlir gətirir.

Məlumata görə, neft tankerləri İranın bağladığı Hörmüz boğazından uzaqlaşaraq Səudiyyə Ərəbistanının neftini yükləmək üçün Qırmızı dənizə yönəlir. Təxminən 30 supertanker Yanbu limanına doğru hərəkət edir.

Lakin bu marşrut da tam təhlükəsiz hesab olunmur. Tankerlər Qırmızı dənizə daxil olmaq üçün husilərin hücum riski olan Bab əl-Məndəb boğazından keçməli olurlar.

Link kopyalandı!
Son xəbərlər