01:17
9°C
Bakı
İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi Ukraynanın "Mirotvorets" saytının məlumat bazasına daxil edilib.
Moderator.az xəbər verirf ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, sayt Əzizini terrorizm, müharibə cinayətləri törətmək və həmçinin Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaratmaqda ittiham edir.
"Mirotvorets" saytı 2014-cü ildə yaradılıb və məlumat bazasına Ukraynanın milli təhlükəsizliyinə təhdid hesab olunan şəxslər daxil edilir. Siyahıya müxtəlif vaxtlarda jurnalistlər, siyasətçilər və ictimaiyyət nümayəndələri də əlavə olunub.
Qeyd edək ki, bu gün Əzizi Ukraynanın bütün ərazilərinin İranın hücumları üçün “legitim hədəf” olduğunu bəyan etmişdi.
(axar.az)