Təl-Əvivdə İranla müharibəyə qarşı etiraz aksiyası keçirilib
Dünya
289
22:25, Bu gün

Təl-Əvivdə İranla müharibəyə qarşı etiraz aksiyası keçirilib

Təl-Əvivin Habima meydanında ABŞ-İsrail müharibəsinə etiraz olaraq təxminən 200 nəfərin iştirakı ilə aksiya keçirilib.

Moderator.az xəbər verir ki, aksiyada "Məktəbli qızların cəsədləri üzərində demokratiya qurmaq olmaz", "Pilotlar, bombalamağı dayandırın" kimi şüarlar səsləndirilib.

İsrail Demokratiya İnstitutu tərəfindən bu ayın əvvəlində keçirilən sorğuya görə, yəhudilərin 93 faizi müharibəni dəstəkləyir, ərəb əsilli israillilərin isə yalnız 26 faizi müharibə tərəfdarıdır.

Link kopyalandı!
Son xəbərlər