İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı
Dünya
526
14 Mar 2026 | 22:16

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın hücumları nəticəsində yaralananlar arasında azərbaycanlıların da olduğunu açıqlayıb.

Moderator.az musavat.com-a istinadla xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, BƏƏ-nin hava hücumundan müdafiə (HHM) sistemləri martın 14-də İrandan buraxılan 9 ballistik raket və 33 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Bildirilib ki, İran hücumlarının başlanmasından bəri BƏƏ-nin HHM sistemləri İrandan buraxılan ümumilikdə 294 ballistik raketi, 15 qanadlı raketi və 1600 pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Hücumlar nəticəsində BƏƏ, Pakistan, Nepal və Banqladeş vətəndaşları arasında 6 nəfər həlak olub. Bundan başqa, BƏƏ, Misir, Sudan, Efiopiya, Filippin, Pakistan, İran, Hindistan, Banqladeş, Şri-Lanka, Azərbaycan, Yəmən, Uqanda, Eritreya, Livan, Əfqanıstan, Bəhreyn, Komor adaları, Türkiyə, İraq, Nepal, Nigeriya, Oman, İordaniya, Fələstin, Qana, İndoneziya və İsveç vətəndaşları arasında 141 nəfər yüngül və orta dərəcəli xəsarətlər alıb.

BƏƏ MN bəyan edib ki, ölkə istənilən təhlükəni dəf etməyə tam hazırdır və dövlətin təhlükəsizliyini pozmağa yönəlmiş cəhdlərə qətiyyətlə qarşı çıxır.

Nazirlik həmçinin vurğulayıb ki, ölkənin suverenliyinin, təhlükəsizliyinin və sabitliyinin qorunması, eləcə də milli maraqların müdafiəsi üçün bütün zəruri tədbirlər görülür.

Link kopyalandı!
Son xəbərlər