22:18
8°C
Bakı
Rusiyanın "Dignity" tankeri Süveyş kanalından istifadə haqqını ödəmədiyinə görə Misirdə saxlanılıb.
Moderator.az xəbər verir ki. bu barədə Rusiyanın Qahirədəki səfirliyi məlumat yayıb.
"Mövcud məlumata görə, tankerin saxlanılmasının əsas səbəbi Süveyş kanalından keçid üçün rüsumun ödənilməməsidir. Gəmi sahibi borcu ödəməkdən yayınıb" - məlumatda qeyd olunur.
Rusiya səfirliyi vəziyyətin yaxından izləndiyini, Misirin müvafiq qurumları ilə əlaqə saxlanıldığını və rus dənizçilərinə dəstək göstərildiyini bəyan edib.