20:20
9°C
Bakı
ABŞ Prezidenti Donald Tramp bildirib ki, bəzi ölkələr gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün Hörmüz boğazına hərbi gəmilər göndərməyi planlaşdırır.
Moderator.az xəbər verir ki, D.Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, xüsusilə, İranın boğazı bağlamasından təsirlənən ölkələr ABŞ ilə birlikdə Hörmüz boğazını açmaq və təhlükəsizliyi təmin etmək üçün hərbi gəmilər göndərə bilər.
Tramp bu addımı atmağa Böyük Britaniya, Çin, Koreya Respublikası, Fransa və Yaponiyanı da çağırıb.