BƏƏ-də PUA hücumundan sonra liman fəaliyyətini məhdudlaşdırdı
Dünya
279
16:00, Bu gün

BƏƏ-də PUA hücumundan sonra liman fəaliyyətini məhdudlaşdırdı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şərq sahilində yerləşən Füceyrə limanı PUA hücumu və ardınca baş verən yanğından sonra neft əməliyyatlarının bir hissəsini dayandırıb.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə bu gün səhər saatlarında baş verib. Abu-Dabinin Milli Neft Şirkəti (ADNOC) və liman rəhbərliyi hələlik agentliyin sorğularına cavab verməyib. "Bloomberg" qeyd edir ki, hücum ABŞ qüvvələrinin İranın Xarq adasında neft ixracı üçün əsas infrastrukturun yerləşdiyi əraziyə zərbə endirməsindən sonra həyata keçirilib.

Link kopyalandı!
Son xəbərlər