Tramp Obamanın İran siyasətini ələ salan kollaj yayımladı - FOTO
Dünya
258
14:00, Bu gün

Tramp Obamanın İran siyasətini ələ salan kollaj yayımladı - FOTO

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp sələfi Barak Obamanın İranla diplomatik əlaqələrə dair mövqeyini lağa qoyan və hazırkı yanaşmanı əks etdirən mem (yumoristik məzmunlu şəkil - red.) yayımlayıb.

Moderator.az məlumat verir ki, siyasətçi kollajı özünə məxsus "Truth Social" platformasında paylaşıb.

Tramp Obamanın İran siyasətini ələ salan kollaj yayımladı

Paylaşılan şəkilin üst hissəsində Obamanın İran rəsmilərinə böyük məbləğdə vəsait uzatdığı təsvir olunub. Alt hissəsində isə Trampın səmada uçuş həyata keçirən "B-2 Spirit" hərbi təyyarələrini izlədiyi görünür.

Memdə yuxarıda "Obama İranla danışıqlar aparır", aşağıda isə "Tramp İranla danışıqlar aparır" sözləri ironik müqayisə olaraq yazılıb.

Link kopyalandı!
Son xəbərlər