KİV: İsrail Livanda
Dünya
149
13:30, Bu gün

KİV: İsrail Livanda "Hizbullah"a qarşı quru əməliyyatlarını genişləndirir

İsrail hakimiyyəti Livandakı "Hizbullah" hərəkatına qarşı quru hərbi əməliyyatının miqyasını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Bu planı ABŞ da dəstəkləyir.

Moderator.az xəbər verir ki, bu barədə "Axios" nəşri özəl mənbələrinə istinadən məlumat yayıb.

"İsrail Livandakı Litani çayından cənubdakı bütün ərazini ələ keçirməyə və "Hizbullah"ın hərbi infrastrukturunu məhv etməyə çalışır. Genişmiqyaslı əməliyyat İsrailin Livanın cənub hissəsini uzunmüddətli ələ keçirməsinə gətirib çıxara bilər.

İsrail rəhbərliyinin əvvəllər belə planı yox idi. Çünki İrana qarşı hərbi əməliyyatlara diqqət yetirilirdi. Bu planlar "Hizbullah" tərəfindən yəhudi dövlətinə raket zərbələrindən sonra yenidən nəzərdən keçirilib", - deyə nəşri məlumatlandıran mənbələr bildiriblər.

Link kopyalandı!
Son xəbərlər