"Rəsmi Vaşinqton Minabda (İran - red.) yerləşən qızlar məktəbinə qarşı həyata keçirilən hücumun əsl səbəblərini hələlik tam olaraq dərk etmir".
Moderator.az TASS agentliyinə istinadən bildirir ki, bunu Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vens deyib.
Martın 13-də Şimali Karolina ştatına səfəri zamanı ABŞ rəsmisi mətbuat nümayəndələrinə Minabda baş verən hadisəni şərh edib:
"Orada vəziyyətin necə cərəyan etdiyini tam olaraq anlamıram. Biz ilk növbədə istintaq prosesini yekunlaşdırmalıyıq. Hər hansı bir konkret addım atmamışdan əvvəl hadisənin mahiyyətini mütləq şəkildə tam dərk etməliyik".
O, Prezident Donald Trampın sözügedən faciənin bütün təfərrüatı ilə hərtərəfli araşdırılmasını tələb etdiyini diqqətə çatdırıb:
"Məhz buna görə hazırda biz bu istiqamətdə işləyirik".