İran Hörmüz boğazından keçid üçün yuanla ödəniş tətbiq edə bilər
Dünya
280
12:37, Bu gün

İran Hörmüz boğazından keçid üçün yuanla ödəniş tətbiq edə bilər

İran yuanla hesablaşmalara keçilməsi şərti iilə məhdud sayda neft tankerinin Hörmüz boğazından keçməsi mümkünlüyünü nəzərdən keçirir.

Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı yüksək vəzifəli İran rəsmisinə istinadən məlumat yayıb.

ABŞ və İsrail fevralın 28-də hərbi əməliyyata başladıqdan sonra İran Hörmüz boğazında hərəkəti məhdudlaşdırıb və dəniz dəhlizini keçməyə çalışan gəmilərə hücum etməyə başlayıb.

"Financial Times"ın məlumatına görə, bir neçə Avropa ölkəsi, o cümlədən Fransa və İtaliya öz gəmilərinin boğazdan təhlükəsiz keçidinə zəmanət verilməsi ilə bağlı İranla danışıqlara başlayıb.

Link kopyalandı!
Son xəbərlər