KİV: Venesuela Aleks Saabı ABŞ-yə verməyə hazırlaşır
Dünya
126
11:20, Bu gün

KİV: Venesuela Aleks Saabı ABŞ-yə verməyə hazırlaşır

Karakas rəhbərliyi hazırda həbsdə saxlanılan Nikolas Maduronun tərəfdarının Birləşmiş Ştatlara ekstradisiyası istiqamətində müzakirələr həyata keçirir.

Moderator.az məlumat verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Məlumata görə, haqqında bəhs edilən fiqur Venesuelanın sabiq sənaye naziri Aleks Saabdır. Birləşmiş Ştatların prokurorluğu bu şəxsi Maduronun qeyri-qanuni fəaliyyətlərində əsas iştirakçı kimi qiymətləndirir.

Xəbərdə vurğulanıb ki, Saabın ABŞ-yə təhvil verilməsi Maduro iqtidarında təmsil olunan digər rəsmilərin də ölkəni tərk etməsinə səbəb ola bilər. Venesuelanın Əsas Qanunu yerli vətəndaşların ekstradisiyasına icazə vermədiyindən, dövlət əslən kolumbiyalı olan bu siyasətçinin vətəndaşlıqdan çıxarılması yollarını nəzərdən keçirir.

Link kopyalandı!
Son xəbərlər