ABŞ-nin Bağdaddakı səfirliyinin ərazisinə raket düşüb
Dünya
354
10:50, Bu gün

ABŞ-nin Bağdaddakı səfirliyinin ərazisinə raket düşüb

ABŞ-nin Bağdaddakı (İraq) səfirliyinin ərazisindəki helikopter meydançasına raket düşüb.

Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşlarına istinadən məlumat yayıb.

"Mərmi Bağdadın mərkəzində İraq hökuməti qurumlarının və xarici ölkələrin səfirliklərinin olduğu "Yaşıl zona"dan kənarda yerləşən səfirliyin ərazisinə düşüb", - agentlik bildirir.

İranın IRIB dövlət televiziya kanalının məlumatına görə, zərbə nəticəsində səfirliyin hava hücumundan müdafiə sistemi məhv edilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Link kopyalandı!
Son xəbərlər