"Beş qidalanma vərdişinə yiyələnməklə sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq mümkündür".
Moderator.az-ın xəbərinə görə, bu barədə rusiyalı qastroenteroloq Olqa Suxareva öz "Telegram" kanalında danışıb.
Olqa Suxareva ilk olaraq hər qida qəbulu zamanı tərəvəz yeməyi tövsiyə edib.
İkincisi, mütəxəssis adi çörəyi tamtaxıllı çörəklə əvəz etməyi məsləhət görüb, çünki bu növ çörək aşağı qlükoza səviyyəsinə malikdir və lif baxımından zəngindir.
Üçüncüsü, Olqa Suxareva gündə bir ovuc qoz-fındıq və ya tum yeməyi tövsiyə edib, çünki onlar zülal, mikroelementlər, vitaminlər və faydalı yağlarla zəngindir.
Sağlamlıq üçün digər vacib vərdiş isə bağırsaq mikroflorasını yaxşılaşdırmaq üçün gündəlik rasiona ən azı bir fermentləşdirilmiş süd məhsulunun daxil edilməsidir.
Bundan əlavə, Suxareva orqanizmə antioksidantların daxil olması üçün gündə iki-üç stəkan yarpaqlı yaşıl çay içməyi tövsiyə edib. Olqa Suxareva qeyd edib ki, dəmirin udulmasını pozmamaq üçün yaşıl çayı qidadan ayrı qəbul etmək daha məsləhətdir.