ABŞ Yaxın Şərqə minlərlə dəniz piyadası göndərməyi planlaşdırır
Dünya
228
21:30, Bu gün

ABŞ Yaxın Şərqə minlərlə dəniz piyadası göndərməyi planlaşdırır

ABŞ Yaxın Şərqə əlavə dəniz piyadaları bölməsi və hərbi gəmilər göndərəcək.

Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) üç amerikalı məmura istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, adətən desant qrupu və ekspedisiya bölməsinə bir neçə gəmi və 5 000-ə qədər hərbçi daxil olur.

Bildirilir ki, sorğunu ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) göndərib və onu Pentaqonun rəhbəri Pit Heqset təsdiqləyib.

Qeyd olunub ki, Yaponiyada yerləşən "USS Tripoli" gəmisi öz dəniz piyadaları ilə birlikdə hazırda Yaxın Şərqə doğru hərəkət edir. Həmçinin əlavə olunub ki, Yaxın Şərqdə artıq ABŞ dəniz piyadaları yerləşdirilib.

Link kopyalandı!
Son xəbərlər