Pit Heqset:
Dünya
157
21:00, Bu gün

Pit Heqset: "ABŞ İranın nüvə potensialına qarşı müxtəlif variantları nəzərdən keçirir"

"ABŞ İranın nüvə imkanlarını təsirsiz hala gətirmək məqsədilə müxtəlif addımları dəyərləndirir, həmçinin rəsmi Tehranın bu proqramdan öz istəyi ilə kənara çəkilməsi ehtimalını da diqqətdə saxlayır".

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin hərb naziri Pit Heqset açıqlama verib.

Jurnalistin ABŞ-nin İranın nüvə yanacağını müsadirə etməyə hazır olub-olmaması ilə bağlı sualına cavab verən Pentaqon rəhbəri deyib ki, Prezident Tramp İranın nüvə potensialını diqqət mərkəzində saxlayır.

"Bizim müxtəlif alternativlərimiz mövcuddur. Buraya İranın bu imkanlardan imtina etməsi qərarı da daxildir. Nələr edəcəyimizi və ya hansı addımları atmağa hazır olduğumuzu bütün dünyaya konkret şəkildə açıqlamayacağam, lakin şübhəsiz ki, bizim fərqli variantlarımız var".

Link kopyalandı!
Son xəbərlər