Dünya
416
20:50, Bu gün

"Müctaba Xameneinin Londonda gizli mülkləri üzə çıxdı" -  Sensasion araşdırma

"İranın yeni dini liderinin milyonluq mülklərinin arxasında israilli biznesmenlərlə əlaqəli maliyyə dayanır..."

İranın yeni ali dini lideri Müctəba Xameneinin Londonda aldığı bahalı evlərin maliyyə mənbəyi ilə bağlı sensasion faktlar üzə çıxıb.

Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.

Milyonlarla funtluq kredit və "milyarderlər küçəsi"

Araşdırmaya görə, həmin mülklərin alınması üçün istifadə edilən milyonlarla funt sterlinq kredit Britaniya-İsrail biznesmenləri ilə əlaqəli şirkət tərəfindən verilib. "Şomrim" təşkilatı və Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (ICIJ) məlumatına görə, 2013-cü ildə Londonda bahalı mülklərin alınması üçün 36 milyon funt sterlinq kredit ayrılıb.

Kredit Man adasında qeydiyyatdan keçmiş ofşor şirkətə verilib və vəsait Londondakı məşhur "Bishop’s Avenue" - qeyri-rəsmi olaraq "milyarderlər küçəsi" adlandırılan ərazidə evlərin alınmasına yönəldilib. Həmin dövrdə bu əməliyyat hüquqi baxımdan qadağan olunmamışdı, çünki tranzaksiyada iştirak edən iranlı şəxslərə qarşı sanksiyalar tətbiq edilməmişdi.

Bununla belə, İran rejiminin İsrailə qarşı sərt ritorikası fonunda belə maliyyə əlaqələrinin mövcudluğu ciddi suallar doğurur. Sənədlərə görə, kredit 2015-ci ildə tam şəkildə qaytarılıb. Mütəxəssislər isə bildirirlər ki, belə kredit mexanizmləri bəzən vəsaitin real mənşəyini gizlətmək üçün istifadə olunur.

Xameneinin qlobal biznes şəbəkəsi

Daha əvvəl "Bloomberg" agentliyinin araşdırması da Xameneyi ailəsinin geniş maliyyə şəbəkəsini üzə çıxarmışdı. Araşdırmaya görə, İran neftinin satışından əldə edilən milyardlarla dollar müxtəlif şirkətlər və bank hesabları vasitəsilə Qərb ölkələrinə yönləndirilib.

Bu vəsaitlərin bir hissəsinin Böyük Britaniya, İsveçrə, Lixtenşteyn və BƏƏ bank sistemi vasitəsilə "yuyulduğu", daha sonra isə Xameneyi ailəsinə yaxın şəxslərə çatdırıldığı bildirilir. Pullar dünyanın müxtəlif ölkələrində daşınmaz əmlakın alınmasına sərf olunub.

"Bloomberg"-in məlumatına görə, Xameneyinin təkcə Londonda ümumi dəyəri 120 milyon dollara çatan ondan çox daşınmaz əmlakı var. Bundan başqa, onun Almaniyada otellərdə payı, İspaniyanın Mayorka adasında qolf-otel, Parisdə mülklər və Dubayda villa ilə əlaqəsi olduğu iddia edilir.

İsrailli biznesmenlərin izi

Araşdırmada bildirilir ki, Londondakı mülklərin alınması üçün kredit verən şirkət Britaniyanın "Topland" investisiya qrupuna daxildir. Bu qrup İsraildə doğulmuş Sol və Eddi Zakay qardaşları tərəfindən yaradılıb.

Onlar 1970-ci illərdə Londonda daşınmaz əmlak biznesinə başlayaraq sonradan milyardlarla funt dəyərində aktivləri olan böyük investisiya şirkəti qurublar. Zakay qardaşları müxtəlif dövrlərdə iri kommersiya layihələri və strateji satınalmalarla Britaniya bazarında mühüm mövqe qazanıblar.

2025-ci ildə "Sunday Times" qəzeti qardaşların sərvətini təxminən 3,6 milyard dollar qiymətləndirib. Araşdırma müəlliflərinin fikrincə, İran rejimi İsraili əsas düşmən kimi təqdim etsə də, maliyyə məsələlərində belə əlaqələrin mövcudluğu Tehranın siyasi ritorikası ilə real fəaliyyətinin fərqli olduğunu göstərir.

Link kopyalandı!
Son xəbərlər