Xruşşovun nəticəsi Rusiyada
Dünya
163
20:37, Bu gün

Xruşşovun nəticəsi Rusiyada "xarici agent" elan edildi

Rusiya Ədliyyə Nazirliyi martın 13-də SSRİ-nin sabiq rəhbərlərindən biri Nikita Xruşşovun nəticəsi, publisist Nina Xruşşovanı xarici agentlərin reyestrinə daxil edib.
 
Bu barədə "Kommersant" yazır.
 
Nina Xruşşova Nyu-Yorkdakı Yeni Məktəbin professoru, politoloq və yazıçıdır. O, 1980-ci illərin sonunda ABŞ-yə təhsil almaq üçün gedib və hazırda ABŞ-də yaşayır.
 
Ədliyyə Nazirliyinin press-relizində bildirilir ki, Nina Xruşşova Rusiya hakimiyyətinin fəaliyyəti barədə etibarsız məlumatlar yaydığına, Ukraynada müharibənin aparılmasına qarşı çıxış etdiyinə və xarici agentlərin materiallarının hazırlanmasında iştirak etdiyinə görə reyestrə daxil edilib.
Link kopyalandı!
Son xəbərlər