Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya Ədliyyə Nazirliyi martın 13-də SSRİ-nin sabiq rəhbərlərindən biri Nikita Xruşşovun nəticəsi, publisist Nina Xruşşovanı xarici agentlərin reyestrinə daxil edib.
Bu barədə "Kommersant" yazır.
Nina Xruşşova Nyu-Yorkdakı Yeni Məktəbin professoru, politoloq və yazıçıdır. O, 1980-ci illərin sonunda ABŞ-yə təhsil almaq üçün gedib və hazırda ABŞ-də yaşayır.
Ədliyyə Nazirliyinin press-relizində bildirilir ki, Nina Xruşşova Rusiya hakimiyyətinin fəaliyyəti barədə etibarsız məlumatlar yaydığına, Ukraynada müharibənin aparılmasına qarşı çıxış etdiyinə və xarici agentlərin materiallarının hazırlanmasında iştirak etdiyinə görə reyestrə daxil edilib.