Tramp:
Dünya
162
20:20, Bu gün

Tramp: "ABŞ-nin dronlardan müdafiə üçün Ukraynanın köməyinə ehtiyacı yoxdur"

ABŞ-nin İrana qarşı hərbi əməliyyatı zamanı pilotsuz uçuş aparatlarından müdafiə üçün Ukraynanın köməyinə ehtiyacı yoxdur.

Moderator.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News" radiostansiyasına əvvəlcədən yazılmış müsahibəsində bildirib.

O, Kiyevin ABŞ-nin İrana qarşı əməliyyatları çərçivəsində Vaşinqtona dəstək göstərməyə hazır olması barədə sualı şərh edib.

"Xeyr. Bizə pilotsuz uçuş aparatlarından müdafiə ilə bağlı kömək lazım deyil. Biz pilotsuz uçuş aparatları barədə hamıdan çox məlumatlıyıq. Əslində dünyada ən yaxşı pilotsuz aparatlara biz sahibik", - deyə Tramp bildirib.

Link kopyalandı!
Son xəbərlər