İsrail İran və
Dünya
407
19:47, Bu gün

İsrail İran və "Hizbullah"ın infrastrukturuna genişmiqyaslı zərbələr endirdiyini bildirib

İsrail Müdafiə Ordusu İran ərazisindəki hərbi obyektlərə və Livandakı "Hizbullah" qruplaşmasının infrastrukturuna genişmiqyaslı zərbələr endirdiyini açıqlayıb.

Moderator.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail qüvvələri İranda müxtəlif hədəflərə 7600-ə yaxın zərbə endirib. Onlardan 2000-dən çoxu İran dövlət qurumlarının Baş qərargahlarına və müəssisələrinə, 4700-ə yaxın zərbə isə İranın raket proqramı ilə bağlı obyektlərə yönəldilib.

Ordunun məlumatına görə, İsrail hərbi hava qüvvələrinin təyyarələri bu günə qədər 4700-dən çox uçuş, eləcə də İranın hava məkanında 380-dən çox uçuş həyata keçirib.

İsrail Müdafiə Ordusu Livana 1100-dən çox zərbə endirib. Hədəflər arasında "Radvan" bölməsinin 190-a yaxın obyekti, raketlər və buraxılış qurğuları ilə əlaqəli 200-dən çox hədəf, 35-ə yaxın komandanlıq və idarəetmə obyekti, eləcə də İsrail tərəfinin iddiasına görə, "Hizbullah" qruplaşması tərəfindən hərbi məqsədlər üçün istifadə edilən təxminən 80 hündürmərtəbəli bina var.

Bundan başqa, ordunun məlumatına görə, əməliyyatlar zamanı "Hizbullah"ın 380-dən çox döyüşçüsü məhv edilib.

Link kopyalandı!
Son xəbərlər