Fransa Ukraynaya 90 milyard avro məbləğində kredit üzrə Aİ öhdəliklərinin icrasını dəstəkləyib
Dünya
138
19:40, Bu gün

Fransa Ukraynaya 90 milyard avro məbləğində kredit üzrə Aİ öhdəliklərinin icrasını dəstəkləyib

Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqından (Aİ) olan tərəfdaşlarının Ukrayna üçün 90 milyard avro məbləğində Aİ krediti üzrə öhdəliklərin yerinə yetirilməsi üçün lazım olan hər şeyi edəcəklərinə əmin olduğunu bildirib.

Moderator.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, o bunu Parisdə ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında bəyan edib.

"Biz razılaşdırılmış 90 milyard avro məbləğində kreditin blokdan çıxarılması üçün əlimizdən gələn hər şeyi edəcəyik", - o deyib.

E.Makron qeyd edib ki, 2022-ci ildən bəri Aİ tərəfindən göstərilən yardımın ümumi həcmi 200 milyard avroya yaxınlaşır.

Fransa Prezidenti ayrıca Ukraynanın Avropa inteqrasiyası yoluna dəstək ifadə edib: "Üzvlüyə gedən yol çox səy tələb edir. Lakin Ukraynanın müharibəyə baxmayaraq keçdiyi yol heyranedicidir. Ukrayna ilk danışıq klasterlərinin açılmasına layiqdir. Mən bunda şübhə etmirəm. Yaranmış maneələrə baxmayaraq biz buna nail olacağıq".

Link kopyalandı!
Son xəbərlər