İlber Ortaylı kimdir?
Dünya
316
19:10, Bu gün

İlber Ortaylı kimdir?

Uzun müddət xəstəxanada müalicə alan və bu gün vəfat edən tanınmış türkiyəli tarixçi, professor İlber Ortaylının şəxsiyyəti, doğulduğu yer və yaşı kimi mövzular böyük maraq və tədqiqat mövzusuna çevrilib.

Bu barədə Moderator.az Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, İlber Ortaylı 21 may 1947-ci ildə Avstriyanın Bregents şəhərində Krım tatarıəsilli ailədə anadan olub. Təhsilini Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin Tarix fakültəsində davam etdirib və diplomunu bu bölümdən alıb.

Vyana Universitetində slavyanşünaslıq və şərqşünaslıq üzrə təhsil alıb. Çikaqo Universitetində dövrün aparıcı tarixçilərindən olan Halil İnalcıkın tələbəsi kimi çalışıb. Osmanlı imperiyasında "Tənzimat dövrü"ndən sonra yerli idarəetmələrə dair tədqiqatları ilə doktorluq dərəcəsi alıb, 1979-cu ildə dosent, 1989-cu ildə isə professor vəzifəsinə yüksəlib. Akademik karyerası ərzində Ankara Universiteti Siyasi elmlər fakültəsində, Qalatasaray Universitetində və Bilkent Universitetində müəllim kimi çalışıb.

2005-ci ildən 2012-ci ilə qədər Topkapı Sarayı Muzeyinin direktoru vəzifəsində çalışıb. Başda türk, alman, rus və fransız dilləri olmaqla, bir çox dillərdə yüksək və orta səviyyədə danışa bilirdi.

Tarixi məlumatlılığını geniş auditoriyaya çatdırmağı hədəfləyən və "tarixi sevdirən intellektual" kimi tanınırdı.

"Tarixin sərhədlərinə səyahət", "Osmanlını yenidən kəşf etmək", "Türkiyənin yaxın tarixi", "İlber Ortaylı səyahətnaməsi" və "Bir ömrü necə yaşamaq olar?" kimi geniş oxucu kütləsinə çatan çox sayda əsərə imza atıb.

2007-ci ildə Rusiya Prezidenti Vladimir Putin tərəfindən "Puşkin Mükafatı"na layiq görülüb. 2017-ci ildə isə tarix sahəsində Prezident Mədəniyyət və İncəsənət Böyük Mükafatına layiq görülüb.

İlber Ortaylı Azərbaycanda çox sevilən və hörmət edilən bir şəxsiyyət idi. Tanınmış tarixçi tez-tez Azərbaycana səfərlər edirdi. İllər ərzində Azərbaycanda konfranslar və seminarlar təşkil edirdi.

Link kopyalandı!
Son xəbərlər