Kuba ağır iqtisadi böhran fonunda ABŞ ilə danışıqlara başlayıb
Dünya
138
19:00, Bu gün

Kuba ağır iqtisadi böhran fonunda ABŞ ilə danışıqlara başlayıb

"Kuba ağır iqtisadi böhran və Prezident Donald Trampın artan təzyiqi səbəbindən ABŞ hökuməti ilə danışıqlar aparır".

Moderator.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kuba Prezident Migel Dias-Kanel məlumat verib.

"Kuba rəsmiləri bu yaxınlarda ABŞ hökumətinin nümayəndələri ilə danışıqlar aparıblar. Müzakirələr ölkələr arasında mövcud olan ikitərəfli fikir ayrılıqlarının həlli yollarını tapmaq məqsədi daşıyırdı. Danışıqlar hər iki dövlətin siyasi sistemlərinə hörmət, eləcə də hökumətlərin suverenliyi və öz müqəddəratını təyinetmə prinsipləri əsasında baş tutdu", - deyə Kuba lideri bildirib.

Qeyd edək ki, Venesuelanın sabiq lideri Nikolas Maduronun ABŞ xüsusi təyinatlı qüvvələri tərəfindən ələ keçirilməsindən sonra Kubaya Venesuela neftinin tədarükü dayandırılıb. Donald Tramp həmçinin Kubaya neft satan istənilən ölkəyə tarif tətbiq etməklə hədələyib.

Migel Diaz-Kanelin sözlərinə görə, son üç ayda Kubaya yanacaq çatdırılmayıb. Bu, adada elektrik enerjisinin tez-tez kəsilməsinə səbəb olub.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İrandan sonra növbədə Kubanın olmasına dair açıqlama vermişdi.

Link kopyalandı!
Son xəbərlər