ABŞ və İsrail İranda 15 mindən çox hədəfi məhv edib
Dünya
178
18:58, Bu gün

ABŞ və İsrail İranda 15 mindən çox hədəfi məhv edib

Amerika Birləşmiş Ştatlarının və İsrailin silahlı qüvvələri İran ərazisində 15 mindən artıq hədəfi vurub.

Moderator.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset açıqlama verib.

Nazir keçirdiyi mətbuat konfransında ABŞ və İsrail Hərbi Hava Qüvvələrinin müştərək şəkildə 15 mindən çox hədəfi məhv etdiyini vurğulayıb. Onun sözlərinə görə, İran nümayəndələri ölkə səmasında yalnız "ulduz və zolaqlar", həmçinin "Davud Ulduzu" təsvir olunmuş təyyarələri müşahidə edirlər.

Pentaqon rəhbəri əlavə edib ki, ABŞ və İsrail ordusu İranın ballistik raket istehsalı infrastrukturunu tamamilə sıradan çıxarıb və hazırda Tehran ancaq əlində qalan mövcud ehtiyatlardan yararlanır.

"İranın ballistik raketlərin istehsalı üzrə bütün potensialı yox edilib. Həmin raketlər üçün ehtiyat hissələri hazırlayan şirkətlər, eləcə də ölkədəki müvafiq binalar, komplekslər və istehsal xətləri darmadağın olunub. Biz onların anbarlarda saxlanılan raketlərini də hədəfə alaraq zərərsizləşdirdik", - deyə nazir bildirib.

Link kopyalandı!
Son xəbərlər