Trampdan Kanadaya CİDDİ İTTİHAM: İran agentlərini gizlədirlər
Dünya
168
14:54, Bu gün

Trampdan Kanadaya CİDDİ İTTİHAM: İran agentlərini gizlədirlər

ABŞ prezidenti Donald Trampın İranla bağlı sərt açıqlamalarından sonra Kanada hökuməti Tehran rejimi ilə əlaqəli şəxslərə qarşı kifayət qədər tədbir görməməkdə ittiham olunub.
 
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə Fox News telekanalı məlumat yayıb.
 
ABŞ və Qərb təhlükəsizlik dairələrində İranın xaricdə “gizli şəbəkələr” yaratması ilə bağlı narahatlıq artdığı bir vaxtda məsələ dünya mediasının diqqət mərkəzinə düşüb.
 
Tramp “gizli şəbəkələr” barədə xəbərdarlıq edib
 
ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın Şimali Amerikada fəaliyyət göstərə biləcək “sleeper cells” – yəni gizli agent şəbəkələri ola bilər və ABŞ təhlükəsizlik qurumları bu ehtimalı yaxından izləyir. Trampın sözlərinə görə, Amerika kəşfiyyatı son illərdə ölkəyə daxil olan və Tehranla əlaqəsi ola biləcək şəxslər barədə məlumat toplayır. O, təhlükəsizlik qurumlarının vəziyyəti nəzarətdə saxladığını bildirərək ABŞ-ın mümkün risklərə qarşı hazır olduğunu deyib.
 
Kanada hökumətinə ittihamlar
 
Kanadada müxalif siyasətçilər isə hökuməti İran rejimi ilə əlaqəli şəxslərə qarşı daha sərt tədbir görməməkdə günahlandırırlar. Onların iddiasına görə, rəsmi Ottawa bəzi hallarda Tehranla əlaqəsi olduğu müəyyən edilən şəxslərin ölkədə qalmasına imkan verib. Müxalifət nümayəndələri bildirir ki, Kanadada yüzlərlə İran rəsmisinin viza və ya giriş icazəsi ləğv edilsə də, deportasiya edilən şəxslərin sayı çox azdır. Bu isə təhlükəsizlik məsələləri ilə bağlı yeni suallar yaradıb.
 
Link kopyalandı!
Son xəbərlər