İrandan Türkiyəyə atılan ballistik raket belə zərərsizləşdirildi - VİDEO
Dünya
740
14:20, Bu gün

İrandan Türkiyəyə atılan ballistik raket belə zərərsizləşdirildi - VİDEO

İrandan Türkiyəyə atılan daha bir (üçüncü) ballistik raket zərərsizləşdirilib. 

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO Balistik Raket Müdafiəsi  sistemləri tərəfindən zərərsizləşdirilib.

Nazirliyin rəsmi açıqlamasında bildirir ki:

"Ölkəmizin torpaqlarına və hava məkanına yönələn hər cür təhdidə qarşı bütün zəruri tədbirlər qətiyyətlə görülür. Hadisənin bütün təfirrüatını aydınlaşdırılmaq üçün müvafiq ölkə ilə danışıqlar aparılır. Milli təhlükəsizlik prioritet olaraq bölgədəki bütün hadısələr diqqətlə izlənir və qiymətləndirilir."

Xatırladaq ki, NATO Avropadakı müttəfiq ölkələrinin torpaqlarını NATO Balistik Raket Müdafiəsi sistemləri ilə balistik təhdidlərdən qoruyur. NATO Balistik Raket Müdafiəsi (Ballistic Missile Defense – BMD), NATO-nun İnteqrə edilmiş Hava və Raket Müdafiəsi (IAMD) sisteminin bir hissəsidir. Tamamilə müdafiə məqsədilə quraşdırılmış bir sistemdir. Xüsusilə son günlərdə İran vasitəsilə Türkiyəyə yönələn balistik raket təhdidləri, təxminən 9 dəqiqə ərzində 9 kritik mərhələ ilə havada təsirsiz hala gətirilib. 

NATO-nun 9 mərhələli balistik raket məhvetmə prosesi:

  1. Təhdidin aşkarlanması: Raketin atıldığı mümkün olan ən sürətli anda peyklər, sürətli xəbərdarlıq radarları və digər sensorlar vasitəsilə müəyyən edilir. Raketin mühərrik atəşi, istilik izi və ilkin uçuş hərəkətləri izlənərək təhlükə olub-olmadığı analiz edilir.

  2. Hədəfə sensorların yönləndirilməsi: İlk aşkarlamadan sonra daha həssas radar və sensorlar hədəf bölgəyə yönəldilir, raketin mövqeyi, sürəti və istiqaməti ətraflı izlənməyə başlanır.

  3. Raketin mühərrikli uçuşunun sona çatması və izləməyə başlama: Mühərrikin dayandığı an müəyyən edilir, raket artıq balistik trayektoriya üzrə hərəkət etməyə başlayır və sistem hədəfin ehtimal olunan təyinatını daha dəqiq hesablaya bilir.

  4. Real döyüş başlığının seçilməsi: Raket aldatıcı elementlər daşıya bilər. Sistem radar və izləmə məlumatlarından istifadə edərək həqiqi başlığı digər obyektlərdən ayırır.

  5. Qarşısını alan raketin atılması: Təhdid kifayət qədər aydın olduqda qarşısını alan raket atılır və uçuş zamanı ilk sürətlənmə mərhələləri ayrılır, hədəfə dəqiq yönəlmə davam edir.

  6. Uçuş zamanı məlumatların yenilənməsi: Qarşısını alan raket uçuşda ikən komanda və idarəetmə sistemi tərəfindən davamlı olaraq yenilənir və hədəfin hərəkətinə uyğun kurs düzəlişləri edilir.

  7. Vurucu elementin ayrılması və son manevrlər: Raketin vurucu elementi uyğun mərhələdə gövdədən ayrılır və hədəfə son yaxınlaşmanı həyata keçirir.

  8. Vurucu elementin hədəfə dəyməsi: Vurucu element yüksək sürətlə başlığa çırpılır, onu havada məhv etməyə və ya istifadəyə yararsız hala gətirməyə çalışır.

  9. Müdafiənin uğurlu olub-olmamasının müəyyən edilməsi: Radarlar və komanda-idarə sistemi raketin tamamilə təsirsiz hala gətirilib-gətirilmədiyini qiymətləndirir və lazım gələrsə əlavə tədbirlər görülür.

Qeyd edək ki, bundan əvvəl martın 4-də və 9-da İrandan atılan balistik raketlər NATO Hava Müdafiə Sistemləri tərəfindən Türkiyə hava məkanında zərərsizləşdirilib. Türkiyə hava məkanının qorunması məqsədilə Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən Malatya şəhərinə Patriot Hava Müdafiə Sistemi yerləşdirib. 

                            
                        

 

Zəhra

 

Link kopyalandı!
Son xəbərlər