00:42
7°C
Bakı
ABŞ-nin Miçiqan ştatında sinaqoqa hücum edən şəxs ölüb.
Moderator.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
İlkin məlumata görə, hücum edən şəxs təhlükəsizlik işçilərinin maşına atəş açmasından sonra avtomobilinin binaya çırpılması zamanı ölüb.
Avtomobilə baxış keçirilən zaman həmin şəxsin üzərində tüfəng olduğu məlum olub.
22:40
ABŞ-nin Miçiqan ştatında naməlum silahlı şəxs sinaqoqda atəş açıb.
Moderator.az xəbər verir ki, naməlum şəxs əvvəlcə avtomobili sinaqoq binasına çırpıb, daha sonra isə avtomobildən enərək içəridəki insanlara atəş açıb .
Polis və Federal Təhqiqatlar Bürosunun əməkdaşları binanı mühasirəyə alıblar. Tələfat barədə dəqiq məlumat yoxdur.
Hücumun Qərbi Blumfilddəki “Temple Israel” sinaqoqunda baş verdiyi bildirilir.