23:54
7°C
Bakı
Böyük Britaniya Xarici İşlər Nazirliyi (XİN) Yaxın Şərqdə münaqişənin kəskinləşməsi ilə əlaqədar ehtiyat tədbiri olaraq İraqdakı personalının bir hissəsini müvəqqəti geri çağırıb.
Moderator.az xəbər verir ki, bu barədə "Sky News" XİN-in məlumatına istinadən bildirib.
Məlumata görə, Britaniyanın Bağdaddakı səfirliyi öz işini davam etdirəcək.
"XİN-in İraqa səfərlərin edilməməsi ilə bağlı xəbərdarlığı qüvvədə qalır. İranın qonşusu olan İraq hücuma məruz qalıb, çünki Tehran Fars körfəzi ölkələrindəki ABŞ obyektlərini hədəf alıb", - qeyd olunub.