Litva Seymi Rusiya və Belarusa qarşı sanksiyaların 2027-ci ilin sonunadək uzadılmasını təsdiqləyib
Dünya
124
20:25, Bu gün

Litva Seymi Rusiya və Belarusa qarşı sanksiyaların 2027-ci ilin sonunadək uzadılmasını təsdiqləyib

Litva Seymi ölkənin Xarici İşlər Nazirliyinin Rusiya və Belarusa qarşı sanksiyaların 2027-ci ilin sonunadək uzadılması barədə təklifini təsdiqləyib.

Moderator.az xəbər verir ki, bu barədə Litvanın milli yayım şirkəti LRT məlumat yayıb.

Sanksiyaların uzadılmasına Seymin 65 üzvü səs verib, bir parlamentari bitərəf qalıb.

Təklifdə nəqliyyat vasitələrinin standart yanacaq çənlərindəki yanacağın miqdarı 200 litrdən çox olduğu halda, Rusiya və Belarusdan Litvaya yanacağın idxalının qadağan edilməsi təklif olunur. Bildirilib ki, bu, Avropa İttifaqı (Aİ) sanksiyalarının mümkün pozulması hallarının qarşısını alacaq.

Eyni zamanda qeyd edilib ki, Aİ səviyyəsində bu ölkələrə qarşı tətbiq edilən sanksiyalar qismən və ya tamamilə ləğv edilsə, hökumət, vəsaitləri və iqtisadi resursları dondura və sektoral məhdudlaşdırıcı tədbirlər tətbiq edə bilər.

Link kopyalandı!
Son xəbərlər